"Bos Shelf": ACE layihəsi üçün dayaq bloklarının yola salınması gələn ilin sonunda gözlənilir


Digərləri 11 Avq 2020 16:48:00 189 0

"Bos Shelf": ACE layihəsi üçün dayaq bloklarının yola salınması gələn ilin sonunda gözlənilir

"Azəri-Mərkəzi-Şərqi" (ACE) platforması üçün dayaq blokunun tikintisi başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Bos Shelf" şirkətinin kommersiya meneceri Orxan Hüseynov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.

Onun sözlərinə görə, tikinti layihəsinin 2021-ci ildə başa çatması gözlənilir:

"ACE layihəsi üçün dayaq bloklarının yola salınması gələn ilin sonunadək gözlənilir".