Venesuelada karantin sentyabrın 13dək uzadılıb


Dünya 11 Avq 2020 16:26:00 147 0

Venesuelada karantin sentyabrın 13dək uzadılıb

Venesuelanın Prezidenti Nikolas Madura COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə ölkədə mart ayından bəri qüvvədə olan karantin rejimini sentyabrın 13-dək uzadıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Venesuelada koronavirusa yoluxanların sayı 25 min 805 nəfər təşkil edir. Onlardan 223-ü həyatını itirib.

Venesuelanın başçısı xalqa müraciətində bildirib ki, karantin rejimi ölkədə COVID-19-a qarşı mübarizə aparmaq üçün kompleks tədbirlərin görülməsinə imkanlar yaradır.

N.Maduro, həmçinin qeyd edib ki, bu gündən avqustun 16-dək paytaxt ərazisində və Miran, La-Quayra, Sukre, Bolivar və Taçir ştatlarında "qismən və nəzarətdə olan yumşaldılmış" karantin rejiminin yeddi günü venesuelalıların ixtiyarında olacaq. Bu regionlarda mülki tikinti obyektlərinin inşasına, inşaat mağazalarının, kimya sənayesinin, nəqliyyatın, bankların, bərbərxanaların, mexaniki emalatxanaların və avtoehtiyat hissələrinin, tibbi və stomatoloji kabinetlərin, toxuculuq istehsalı müəssisələrinin və digərlərinin fəaliyyətinə icazə veriləcək.

Daxili və beynəlxalq uçuşlar avqustun 12-dək məhdudlaşdırılıb. Ölkə əhalisinin müxtəlif bələdiyyə bölgələri arasında səyahətinə qadağalar qoyulub.