Putin əhalinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirmək barədə tapşırıq verib


Dünya 11 Avq 2020 15:38:00 159 0

Putin əhalinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirmək barədə tapşırıq verib

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirməyin maliyyələşdirilməsini təmin etmək barədə hökumətə tapşırıq verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Putin risk qruplarında əhalinin 75 faizə qədərini vaksinləşdirilməsini tələb edir.

RF Prezidenti növbədənkənar dispanserləşdirmə və qripə qarşı vaksinləşdirmənin pulsuz aparılmasını tapşırıb. Bundan əlavə, tibbi müayinə və vaksinləşdirmə üçün məsafədən növbəyə yazılmaq imkanı təmin edilməli, zəruri hallarda insanların vaksinləşdirmə yerinə çatdırılması təşkil olunmalıdır.

Bundan əvvəl Səhiyyə naziri Mixail Muraşko bəyan edib ki, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində yaradılmış vaksini ilk növbədə həkimlər və müəllimlər alacaq. Yeni vaksin oktyabr ayında bütün rusiyalılar üçün əl çatan olacaq. "Vektor" Dövlət Virusologiya və Biotexnologiya mərkəzində də vaksin hazırlanır. Bu mərkəz koronavirusa qarşı vaksinin istehsalına noyabr ayında başlamağı planlaşdırır.