Hamilə qala bilmədiyi üçün həkimə gedən qadın "kişi" çıxdı


Dünya 11 Avq 2020 15:03:00 159 0

Hamilə qala bilmədiyi üçün həkimə gedən qadın "kişi" çıxdı

"Sinəsinə və cinsiyyət orqanına baxdıqda onun qadın olduğunu düşünürük, amma..."

Hindistanda həkimləri şoka salan olay yaşanıb.

Son.az haberler-ə istinadla bildirir ki, Hindistanda yaşayan 28 yaşlı qadının əslində genetik olaraq kişi olduğu aşkarlanıb.

Adı mətbuata açıqlanmayan qadın 9 ildir ailəli olmasına baxmayaraq hamilə qala bilmədiyi üçün xəstəxanaya müraciət edib. Araşdırmalar nəticəsində məlum olub ki, o, xarici görünüşcə tamamilə qadına bənzəsə də, əslində genetik olaraq kişi cinsi nümayəndəsidir.

Həkimlər qadının uşaqlıq və yumurtalığının olmadığını, həyatı boyunca menstruasiya keçirmədiyini, qarın ağrısının isə xayalıq xərçənginin simptomu olduğunu aşkarlayıblar.

Xəstənin vəziyyəti ilə bağlı açıqlama verən onkoloq Anupam Datta bildirib ki, xəstə görünüşcə tamamilə qadına bənzəyir.