Kirayə qaldığı evlərdən oğurluq edən şəxs saxlanıldı FOTO


Digərləri 11 Avq 2020 14:25:00 189 0

Kirayə qaldığı evlərdən oğurluq edən şəxs saxlanıldı  FOTO

Abşeron rayonunda kiraya yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub.

Araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən məzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb. Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub. Məhəmməd Abdullayev barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in "102" Zəng Mərkəzinə müraciət edə bilərlər.