Ermənistanda koronavirusdan ölənlərin sayı 800ü keçdi


Digərləri 11 Avq 2020 14:19:00 157 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 800ü keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 40 593 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 160 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 803 nəfər koronavirusdan ölüb, 6 633 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.