Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olublar FOTO


Digərləri 11 Avq 2020 14:03:00 157 0

Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olublar  FOTO

Avqustun 10-da ölkəmizə Çindən gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olublar.

Son.az Trend-ə istinadən bildirir ki, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılmış şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar. Eyni zamanda, TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.