Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilir


Siyasət 11 Avq 2020 12:33:23 164 0

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilir

Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olacaq.

Sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər.