Ağ Ev yaxınlığındakı atışma zamanı məxfi xidmət əməkdaşı yaralanıb


Dünya 11 Avq 2020 12:29:00 152 0

Ağ Ev yaxınlığındakı atışma zamanı məxfi xidmət əməkdaşı yaralanıb

ABŞ rəhbərliyini qoruyan Birləşmiş Ştatların Məxfi Xidmətinin bir əməkdaşı Ağ Evin yaxınlığında baş vermiş atışma zamanı xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə qurumun "Twitter" səhifəsində məlumat yer alıb.

Məlumata görə, şübhəli şəxs və məxfi xidmət əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisə zamanı mühafizə olunan şəxslərin heç biri üçün təhlükə yaranmayıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Ev yaxınlığında baş verən atışma səbəbindən mətbuat konfransını yarımçıq tərk etmişdi.