Komitə sədri: "COVİD19a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır"


Digərləri 11 Avq 2020 11:51:00 154 0

Komitə sədri: "COVİD19a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır"

Azərbaycanda COVİD-19-a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bir gün ərzində çox sayda edilən testlərin yalnız bir hissəsinin nəticəsi pozitiv olur:

"Əgər bir gündə 7000 adam yoxlanılırsa, onun 200-150-də nəticə müsbət çıxırsa, demək, 7000 adam tam məqsədyönlü şəkildə yoxlanılmayıb. Buna görə də fikir vermək lazımdır ki, büdcədən əlavə vəsaitlər lüzumsuz yerlərə xərclənməsin".