Bakıda qadını maşın vurdu


Digərləri 11 Avq 2020 11:56:00 151 0

Bakıda qadını maşın vurdu

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Əliyeva Sevinc Tanrıverdi qızını avtomobil vurub. Yaralı sınıq xəsarətləri ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.