BPnin vitseprezidenti iddialara cavab verdi: "Azərbaycanda neft və qaz üzrə biznesimizi davam etdirəcəyik"


Digərləri 11 Avq 2020 11:05:28 147 0

BPnin vitseprezidenti iddialara cavab verdi: "Azərbaycanda neft və qaz üzrə biznesimizi davam etdirəcəyik"

Təxminən 30 ildir bp Azərbaycanda hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Twitter" səhifəsində yazıb.

B.Aslanbəyli deyib: "Növbəti illər ərzində də burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik. Həmçinin Azərbaycan ilə əlaqələrimizi daha da genişləndirmək üçün yeni imkanlara baxmağa davam edəcəyik".