İraq Komandılığı ABŞ karvanına hücumu təkzib etdi


Dünya 11 Avq 2020 09:11:00 142 0

İraq Komandılığı ABŞ karvanına hücumu təkzib etdi

İraq Ordusunun Birgə Əməliyyat Komandanlığının nümayəndəsi general Təhsin əl-Xafəci Küveyt ilə sərhəd yaxınlığında ABŞ hərbi texnikalarının karvanına silahlıların hücum etməsi xəbərlərini təkzib etdi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə general CNN telekanalına bildirib.

Təhsin əl-Xafəci deyib ki, Birgə Əməliyyatlar Komandanlığı [hücum haqqında] məlumatları inkar edir.

Qeyd edık ki, "Reuters" agentliyi İraq təhlükəsizlik xidmətindəki mənbələrə istinadən bildirib ki, İraq-Küveyt sərhədi yaxınlığında parltayış baş verib.