Türkiyə XİN: Sevr sazişi bəhanəsi Ermənistanın növbəti təxribatıdır


Dünya 11 Avq 2020 08:43:00 136 0

Türkiyə XİN: Sevr sazişi bəhanəsi Ermənistanın növbəti təxribatıdır

"Ermənistan hakimiyyətinin təcavüzkar milliyyətçi siyasətlərindən əl çəkərək ağıllarını başlarına alma vaxtı çatıb. Sevr sazişi bəhanəsi Ermənistanın növbəti təxribatıdır".

Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin 10 avqust 2020-ci ildə qəbul edilən Sevr sazişinin 100 illiyi bəhanəsilə Ermənistan hakimiyyəti tərəfindən yayılan açıqlamaya bildirdiyi  mövqedə belə qeyd olunub.

Türkiyə XİN-in mövqeyində bildirilib ki, 10 Avqust 2020-ci il Sevr  sazişi  işğalçı və dağıdıcı xarakterli olduğu üçün qüvvəsini itirib: "Bu saziş vətənimizi parçalayaraq müstəqilliyimizə və hakimiyyətimizə son qoymağa çalışan məhvə məhkum bir ibrət vəsiqəsidir. Qəhrəman türk millətinin torpaqlarının mübarizəsi üçün apardığı Qurtuluş savaşındakı qələbəsindən sonra 1923-cü ildə iyulun 24-də qəbul edilən  Lozan Sazişi Sevr Sazişini qüvvədən salaraq tarixə gömüb".

Qeyd ounub ki, aradan keçən bir əsrə rəğmən Ermənistanın qüvvədən düşmüş bir sənəddən mədət umması təəccüblü deyil: "Bu gün öz xalqının qayğısını çəkməkdə aciz qalan Ermənistan iqtidarının 100 il sonra Türk millətinin cırıb atdığı Sevr sazişini gündəmə gətirməsi absurddur".