Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb


Dünya 11 Avq 2020 07:55:00 132 0

Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 253 mindən çox artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 10-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 253 409 nəfər yeni koronavirusa yoluxub, 5 719 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 19 718 030, ölənlərin isə 728 013 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 590 929 yoluxma və 388 673 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 582 911, ölənlərin sayı isə 216 693 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 632 773 yoluxma və 53 677 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.