Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir


Dünya 10 Avq 2020 23:45:00 186 0

Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir

zErmənistan bölgədə sülh və sabitliyin bərqərar olmasına əsas əngəldir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, uzun illərdir Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirən Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas əngəldir:

"Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağlını başına yığmasının vaxtı gəlib".