Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır


Dünya 10 Avq 2020 23:20:00 182 0

Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır

Yeni Zelandiya koronavirusa tamamilə qalib gələn ölkələrdəndir.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, bu ölkədə sonuncu dəfə ölkə daxili yoluxma 1 mayda qeydə alınıb.

Baş nazir Yasinda Ardern buna baxmayaraq ikinci dalğa təhdidinin davam etdiyini söyləyib. O, yeni yoluxma hallarının hamısının xaricdən gələnlərdə qeydə alındığını bildirib.

Qeyd edək ki, 5 milyon nəfər əhalisi olan Yeni Zelandiyada 1 martdan etibarən fövqəladə vəziyyət elan edilmiş, 27 apreldə isə koronavirusa qalib gəldindiyi açıqlanmışdı.