Şərab koronavirusun gedişinə təsir edir?


Digərləri 10 Avq 2020 21:59:00 190 0

Şərab koronavirusun gedişinə təsir edir?

Elm adamları qırmızı və ağ şərabın tərkibindəki antioksidanın bədəndəki ACE2 fermentinin miqdarını artırdığını və bunun da öz növbəsində koronavirus infeksiyasının gedişatını yüngülləşdirdiyini təsbit edib.

Son.az xəbər verir ki, bu barədə Kanadanın Laval Universiteti araşdırma aparıb.

Moskva Dövlət Universitetinin Molekulyar Biologiya Laboratoriyasının aparıcı elmi işçisi Roman Zinovkin şərabın tərkibində olan zəruri fermentin - antioksidant resveratrolun ifrazına kömək etdiyini izah edib. ACE2 çatışmazlığı iltihaba səbəb olan, qan damarlarını sıxan və endotelə zərər verən AngII peptidinin ifrazını artırır. ACE2-nin çox olması isə virusun hüceyrəyə həddindən artıq nüfuz etmə şansını çoxaldır.

"Buna görə də ACE2-nin çatışmazlığı və AngII-nin artıq olması CoViD-19-un gedişinə mənfi təsir göstərir" , - həkim açıqlamasında bildirib.

Resveratrol hüceyrələrin immunitet fəaliyyətini də azaldır. Bununla birlikdə mütəxəssislər qeyd ediblər ki, koronavirusun yaratdığı tənəffüs çətinliyi sindromu zaman immun sistemi əksinə, həddindən artıq aktivdir, odur ki, bu vəziyyətdə antioksidant müsbət təsir göstərə bilər.