Livanın baş naziri hökumətin istefasını elan edib


Dünya 10 Avq 2020 21:35:00 173 0

Livanın baş naziri hökumətin istefasını elan edib

Livanın baş naziri Həsən Diab texnokratlar kabinetinin istefasını elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, televiziya vasitəsi ilə etdiyi çıxışında korrupsiya sisteminin Livan dövlətindən daha güclü olduğunu bildirib.

H.Diab qeyd edib: "Heç bir şəxsi ambisiyalarımız olmayıb, ancaq 30 ildir hakimiyyətdə olan dairələr hökuməti təqib etməyə başladı və xalqı ona qarşı çevirdi".