İş adamının sifarişi ilə dünyanın ən bahalı tibbi maskası hazırlanır


Digərləri 10 Avq 2020 21:20:00 142 0

İş adamının sifarişi ilə dünyanın ən bahalı tibbi maskası hazırlanır

ABŞ-da yaşayan çinli iş adamı İsrailin "Yvel" zərgərlik şirkətinə qızıldan maska hazırlamağı sifariş edib.

Son.az xəbər verir ki, bu barədə "Assoşieyted Press" agentliyi məlumat yayıb.

Xəbərə görə, bu maska müştəriyə 1,5 milyon dollara başa gələcək.

Şirkətin sahibi İsaak Levinin sözlərinə görə, 18 karatlıq ağ qızıldan hazırlanacaq maska 3600 ağ və qara brilyant ilə bəzədiləcək. Alıcının istəyi ilə infeksiyadan qorunmaq üçün birinci dərəcəli N99 filtrləri ilə də təchiz olunacaq.

Çinli iş adamı şirkətə 2 şərt irəli sürüb. Birincisi, maska ​​ilin sonunadək hazır olmalıdır. İkincisi isə bu seqmentdə dünyanın ən bahalı məhsulu olmalıdır. İsaak Levin ikinci şərtin ən asan olduğunu bildirib. O qeyd edib ki, belə bahalı bir maskanın hazırlanması ​​yüz milyonlarla insanın işini və qazancını itirdiyi iqtisadi böhran dövründə onlar üçün sevindirici hal deyil. Lakin bu sifariş onun işçiləri üçün belə çətin şəraitdə fürsət olub.