Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı:


Dünya 10 Avq 2020 21:10:00 141 0

Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı:

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda baş verən hadisə sosial media gündəminə düşüb.

Son.az xəbər verir ki, 33 yaşlı Turgay E. və qohumları arasında səbəbi bilinməyən mübahisə olub.

Evdəki insanlar küçəyə çıxıb və mübahisə böyüyüb. Turgay evinin eyvanından mübahisə etdiyi qohumlarına məişət əşyaları atmağa başlayıb. Həmin əsnada müvazinətini itirərək eyvandan küçəyə yıxılıb. Olayın anları qonşular tərəfindən telefonla çəkilib. Turgay E. bir neçə gün müalicədən sonra evə buraxılıb.

Məsələ ilə bağlı istintaqa başlayan polis olay şahidlərini dindirib. (publika.az)