Antonio Banderas koronavirusa yoluxub


Digərləri 10 Avq 2020 20:24:00 119 0

Antonio Banderas koronavirusa yoluxub

Məşhur Hollivud aktyoru Antonio Banderas koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə aktyor öz "Twitter" səhifəsində yazıb.

60 yaşlı aktyor doğum gününü virusa görə özünütəcrid rejimində qeyd etdiyini bildirib. A.Banderas özünü normal, lakin yorğun hiss etdiyini deyib.

Qeyd edək ki, Antonio Banderas "Ümidsiz", "13-cü döyüşçü", "Zorro maskası", "Zorro əfsanəsi" kimi filmlərdə rol alıb.