QHTlər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər QANUN


Siyasət 10 Avq 2020 19:01:00 135 0

QHTlər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər  QANUN

Prezident İlham Əliyev "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilir:

"4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.".

Son.az