Livan hökuməti istefa verdi


Dünya 10 Avq 2020 18:55:00 178 0

Livan hökuməti istefa verdi

Livan hökuməti istefa verib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri bildirib.

Bununla da Livan hökuməti ölkə əhalisinin tələblərindən birini yerinə yetirib. Vətəndaşlar həm də parlamentin buraxılmasını  və islahatların həyata keçirilməsini tələb edirlər. 

Qeyd edək ki, Beyrut limanında baş verən partlayışdan sonra ölkədə nümayişlər keçirilir.