"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib


Dünya 10 Avq 2020 18:22:00 161 0

"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib

Sinqapurun "Singapore Airlines" aviaşirkətinin 6 mindən çox əməkdaşı qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilib.

Son.az Trend-ə istinadən bildirir ki,  bu qərar koronavirus pandemiyası şəraitində aviaşirkətin üzləşdiyi problemlərlə əlaqədar qəbul edilib.

Bundan başqa, 1 700-dən çox əməkdaş, o cümlədən pilotlar, göyərtə bələdçiləri digər təşkilatlarda könüllü əsasda müxtəlif vəzifələrə keçib.

Ümumilikdə ""Singapore Airlines" aviaşirkətində 27 min əməkdaş işləyir.

Son.az