Livanın Ədliyyə naziri də istefa verdi


Dünya 10 Avq 2020 17:38:00 134 0

Livanın Ədliyyə naziri də istefa verdi

Livanda daha bir naziri istefa verib.

Son.az APA-a istinadən bildirir ki, "Al Jazeera" xəbər verir ki, Ədliyyə naziri, xanım Maria Klaudi Nəcim Beyrut limanında baş verən partlayışa görə istefa verdiyi açıqlayıb.

Qeyd edək ki, bu, Beyrut limanında baş verən partlayışla əlaqədar istefasını hökumətə təqdim edən üçüncü nazirdir. Daha öncə ölkənin İnformasiya naziri Manal Abdel Səməd və Ətraf Mühid naziri Damianos Kattar istefa verib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 158 nəfər həlak olub, onlarla şəxs itkin düşüb, 6000-dən çox şəxs isə yaralanıb.