"Qaydalara əməl etmək lazımdır, yoxsa canımızı virusa əmanət etmiş oluruq"


Dünya 10 Avq 2020 14:34:00 134 0

"Qaydalara əməl etmək lazımdır, yoxsa canımızı virusa əmanət etmiş oluruq"

Türkiyədə son günlər yoluxma sayının artması ilə əlaqədar olaraq Səhiyyə naziri Fəxrəddin Qoca insanları yenidən koronavirusla bağlı qaydalara əməl etməyə səsləyib.

Son.az xəbər verir ki, rəsmi Tvitter hesabında koronavirusa yoluxmuş şəxsin statusunu paylaşan nazir xəstəliyin qorxulu olduğunu qeyd edib.

Nazirin paylaşdığı statusda qeyd olunub:

Dr. Bülent Çetin: "Ağciyərlərimdə Covid-19 aşkarlanıb. İlk 3-4 gün vəziyyətim normal idi. Növbəti günlərdə tənəffüs darlığı hiss etdim. Reanimasiyada halım daha da pisləşdi. Tənəffüs problemi elə pis hissdir ki, bir müddət sonra ölüm qorxusu gəlir. Oksigen verilsə də, özünüzü oksigensiz hiss edirsiniz. Qaydalara əməl etmək lazımdır, yoxsa canımızı virusa əmanət etmiş oluruq"

Qeyd edək ki, Türkiyədə 240 mindən çox insanın koronavirus testi pozitiv çıxıb, 5844 insan bu virus səbəbi ilə dünyasını dəyişib, 223 min insan müalicə olunaraq evə buraxılıb.

Bəxtiyar Umarlı Son.az