Dünyada yoluxanların sayı 20 milyonu ötdü


Dünya 10 Avq 2020 13:28:00 156 0

Dünyada yoluxanların sayı 20 milyonu ötdü

Dünyada bu günə qədər koronavirusa yoluxanların sayı 20 milyonu ötüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda dünya üzrə yoluxanların ümumi sayı 20 milyon 26 min 161 nəfər təşkil edir. Dünyasını dəyişənlərin ümumi sayı 734 min 20 nəfərdir. 12 milyon 900 min 625 pasiyent isə COVID-19-a qalib gəlib.

Yoluxma və ölüm hallarının sayına görə birinci yerdə ABŞ (5 199 444 yoluxma, 165 617 ölüm ) qərarlaşıb.

Koronavirus statistikasına görə ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: Braziliya (3 milyon 35 min 582 yoluxma, 101 136 ölüm), Hindistan (2 milyon 215 min 74 yoluxma, 44 499 ölüm), Rusya (887 min 536 yoluxma, 15 001 ölüm), Güney Afrika (559 min 859 yoluxma, 10 408 ölüm), Meksika (480 min 278 yoluxma, 52 298 ölüm).