Xəzərdə suyun səviyyəsi azalıb


Dünya 10 Avq 2020 12:33:00 156 0

Xəzərdə suyun səviyyəsi azalıb

Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 3-4 santimetr azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Milli Okeanoqrafiya və Atmosferik Elmləri İnstitutunun direktor müavini Həmid Əlizadə deyib.

H.Əlizadənin sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi dənizə daxil olan suyun azalması və buxarlanmanın çox olmasıdır.

O əlavə edib ki, suyu Xəzər dənizinə tökülən çaylar arasında Volqa çayı əsas təminatçıdır:

"Volqa çayının suyu çox olduğu vaxtlarda ildə 300 milyard kubmetrdən çox su Xəzər dənizinə tökülür. Çayın suyu az olduğu vaxtlarda isə onun yarısı dənizə daxil olur".

H.Əlizadə bildirib ki, Volqa çayı ilə müqayisədə digər çayların rolu o qədər də böyük deyil: