Pakistanda daşqınlar:


Dünya 10 Avq 2020 12:06:00 181 0

Pakistanda daşqınlar:

Pakistanda musson yağışları və daşqınlar nəticəsində son 3 gün ərzində 64 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki,  ən çox itki ölkənin şimal qərbindəki Xayber-Pahtunkva əyalətində qeydə alınıb.

Regionda yüzlərlə ev dağılıb, küçələr su altında qalıb. Əhalinin təxliyəsi üçün hərbçilər cəlb olunub.

Ölkənin iri şəhərləri, Kəraçi və Lahorda həyat iflic olub. Nəqliyyatın hərəkəti dayanıb, iş yerləri müvəqqəti bağlanıb.