AzərbaycanTürkiyə qardaşlığı 15 yaşlı gəncin gözü ilə VİDEO


Digərləri 10 Avq 2020 11:00:00 248 0

AzərbaycanTürkiyə qardaşlığı 15 yaşlı gəncin gözü ilə  VİDEO

12 iyul sərhəd toqquşmasından  internet məkanında vətənpərvərlik ruhunda videoçarxlar çoxalıb.

Həmin çarxlardan birini də Cenevrədə təhsil alan orta məktəb şagirdi Nihad Rüstəmli hazırlayaraq yayıb.

"Mənim cəmi 15 yaşım var və xaricdə öz xalqımı təmsil edirəm. Hər fürsətdə ölkəmin ərazi bütövlüyünün pozulması haqqında danışıram və sübutlar təqdim edirəm. Mən türk qardaşlarımızın Azərbaycana dəstəyi barədə də qürurla söhbət açıram. Bu günlərdə keçirilmiş Azərbaycan-Türkiyə birgə təlimi də məni çox həyəcanlandırıb. Hazırladığım klipi də məhz bu möhtəşəm hadisəyə həsr etmişəm", - deyə N.Rüstəmli bildirib.

Gənc vətənpərvərin videosunu diqqətinizə çatdırırıq.   https://youtu.be/dnwmI2_sKaU