Türkiyə 8 müxtəlif peyvənd və 10 fərqli dərman layihəsi üzərində çalışır


Dünya 10 Avq 2020 10:20:00 158 0

Türkiyə 8 müxtəlif peyvənd və 10 fərqli dərman layihəsi üzərində çalışır

Yeni tip koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd işlərinə görə, Türkiyə Ümumdünya Səhiyyə Təşkilatının siyahısında yerli peyvənd inkişaf etdirən ölkələr arasında ABŞ və Çindən sonra üçüncü sıradadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlum pandemiya ilə bağlı ölkədəki vəziyyətdən bəhs edərkən bildirib. Koronavirus peyvəndi üzərində çalışmaların daha da sürətləndiyini ifadə edən dövlət başçısı vurğulayıb ki, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan "COVID-19" Türkiyə Platforması 8 müxtəlif peyvənd və 10 fərqli dərman layihəsi üzərində çalışır. Bu sahədə iki peyvənd nümunəsi heyvanlar üzərində uğurla təcrübədən keçirilib. Onlardan biri təsdiqlənərək insanlar üzərində klinik sınaq işi mərhələsinə gətirilib.

Qeyd edək ki, Türkiyədə yeni tip koronavirus pandemiyasına qarşı çoxistiqamətli tədbirlər görülməsinə baxmayaraq, hazırda gündəlik aşkar edilən yoluxma sayında artım müşahidə olunur. Avqustun 9-da ölkə üzrə 61 min 446 nəfər testdən keçirilib. Onlardan 1182 nəfər xəstə çıxıb. Bu göstərici dünənkindən on nəfər artıqdır. Gün ərzində 15 nəfər bu xəstəlikdən ölün 1103 nəfər sağalıb.