Mustafa Sandal keçmiş arvadı ilə bir arada


Digərləri 10 Avq 2020 10:09:00 158 0

Mustafa Sandal keçmiş arvadı ilə bir arada

Müğənni Mustafa Sandal ilə keçmiş həyat yoldaşı Emina Yahovic oğulları Yamanın ad günü partisinde bir araya gəliblər.

Son.az axşam.az-a istinadən bildirir ki, Yahovic Sandal və oğlu ilə çəkilən fotosunu sosial medya hesabında yayımlayıb.

Yamanın 12 yaşı tamam olub. 10 illik evliliklərini 2018-ci ildə bitirən cütlük övladları üçün dost münasibətini davam etdirir.

Qeyd edək ki, onların Yavuz adında daha bir oğlu var.