Bakıda qəza:


Digərləri 10 Avq 2020 09:41:00 187 0

Bakıda qəza:

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində, "Koroğlu" metro stansiyası istiqamətində qeydə alınıb. Qəza səbəbindən yolun hər iki tərəfində sxılıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, tıxac səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır:

"Eyni zamanda hazırda Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində və M.Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin çoxluğundan sıxlıq müşahidə olunur. Burada da xeyli sayda sərnişin avtobusunun intervalında gecikmələr yaranır.

Xatırladım ki, sərnişindaşımalarının yalnız avtobuslara həyata keçirildiyi indiki vaxtda bu kimi hallar ciddi çətinliklər yaradır. Bir marşrut xətti üzrə bir və ya bir neçə avtobusun intervalında yaranan gecikmə həm dayanacaqlarda, həm də digər xətlər üzrə avtobuslarda sıxlıqlara səbəb olur.

Qeyd olunanları nəzərə alaraq bir daha fərdi minik avtomobili sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq. Unutmayaq ki, sərnişin avtobusunun əhəmiyyəti onun içindəki dəyərli vətəndaşlarımız və sərnişinlərimizdir".