Ermənistanda pandemiya qurbanlarının sayı artmaqda davam edir


Dünya 10 Avq 2020 09:36:00 145 0

Ermənistanda pandemiya qurbanlarının sayı artmaqda davam edir

Ermənistanda koronavirusa yoluxma halları və pandemiya qurbanlarının sayı artmaqda davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, son sutka ərzində Ermənistanda daha 255 yeni yoluxma qeydə alınıb.

Bununla da ölkədə təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 40 410 nəfərə çatıb.

Məlumata görə, son sutkada ölkədə COVID-19-dan ölənlərin sayı 791 nəfərə çatıb. Onlardan da 6-sı son sutka ərzində ölüb.