6 fransalı turist qətlə yetirilib


Dünya 10 Avq 2020 08:40:00 164 0

6 fransalı turist qətlə yetirilib

Nigerdə 6 fransalı turist və onları müşahidə edən iki yerli sakin naməlum silahlılar tərəfindən qətlə yetiriliblər.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, naməlum silahlılar zürafələrə baxmağa gedən fransalı turistləri və onları müşahidə edən yerli sakinləri güllələyiblər.

Bildirilir ki, turistlərin qətlə yetirilməsini Fransanın Xarici İşlər Nazirliyi təsdiqləyib.