Bu ölkədə bir gündə koronavirusdan 572 nəfər ölüb


Dünya 10 Avq 2020 08:19:00 141 0

Bu ölkədə bir gündə koronavirusdan 572 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 23 010 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 035 422 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 572 nəfər ölüb, ölənlərin ümumi sayı 101 049 nəfər təşkil edir.