Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb


Dünya 10 Avq 2020 07:35:00 156 0

Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb.