Bioloq alim: Elektromaqnit dalğalar stres amilidir, amma düşündüyümüz qədər təhlükəli deyil


Digərləri 10 Avq 2020 04:30:00 65 0

Bioloq alim: Elektromaqnit dalğalar stres amilidir, amma düşündüyümüz qədər təhlükəli deyil

Ətraf mühitin elektromaqnit çirklənməsi mümkün xoşagəlməz effektlərin inkişafı fonunda özünəməxsus qiymətləndirmə tələb edir. Bu problem real şəraiti əks etdirdiyi üçün aktualdır. Cəmiyyətdə şüaların bioloji ekosistemlərə və insan orqanizminə təsirinin intensivliyi və təhlükəsizliyi haqqında çoxsaylı məlumatlar mövcuddur və geniş müzakirələr aparılır. Son günlər cəmiyyətdə 5G təhlükəsi ciddi rezonansa yol açdı. Elektromaqnit dalğalar stres amili olsa da, canlıların həyati təhlükəsinə, genetik kodların dəyişdirmə gücünə malik deyil. Sadəcə olaraq, 5G daha öncəki rabitə standartları ilə müqayisədə yüksək yükləmə sürətinə malikdir və daha geniş əhatə dairəsi, daha sabit bağlantını təmin edən radiodalğadır.

Son.az bildirir ki, bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov deyib. O bildirib ki, Günəş ən böyük və təbii elektromaqnit şüa mənbəyidir. Günəş şüalarından Yer kürəsinə çatan və adi gözlə görünən işıq infraqırmızı ultrabənövşəyi şüalar və radiodalğalardır. Həyat üçün təhlükəli sayılan ionlaşdırıcı şüalar (rentgen, qamma, ultrabənövşəyi şüalar) atmosfer təbəqəsindən keçə bilmir. Müasir texnologiyalarda radiodalğalar yalnız rabitə və radiolokasiya vasitələrində deyil, eyni zamanda, sənayedə, tibdə və insan fəaliyyətinin digər sahələrində ən geniş istifadə olunan fiziki amillərdən biridir. Ümumiyyətlə, elektromaqnit şüaların təsir effekti onun parametrləri və diapazonundan asılıdır. Təkamül prosesində canlı orqanizmlər təbiətdə elektromaqnit sahələrin daimi təsirlərinə uyğunlaşmaqla yanaşı, onlardan məlumat ötürücüsü kimi istifadə ediblər ki, bu da hüceyrə-biosfer arasında qarşılıqlı əlaqələrin təmin olunmasına şərait yaradıb.

"Tədqiqatlar sübut edib ki, elektromaqnit şüalanma canlı orqanizmlərə, xüsusilə yetkinlik çağına çatmamış azyaşlıların koqnitiv - təlim, yaddaş və davranış proseslərinə daha çox mənfi təsir göstərir, çünki onlarda immun sistem hələ tam formalaşmayıb. Canlı orqanizmlərdə müəyyən həddə kimi daxili sistemlərin əlaqələrini tənzimləyərək öz funksional sistemini sabit saxlamaq xüsusiyyətləri var. Belə ki, ümumi idarəetmə sistemlərinin köməyi ilə enerji və məlumatın işlənməsi və yenidən əmələ gəlməsi hesabına, orqanizmin müdafiəsi üçün tələb olunan bioloji sistemlər aktivləşir. Tənzimlənmənin bütün mərhələlərində, yəni molekulyar hüceyrələrdən başlamış tam orqanizmə kimi, ətraf mühit amillərinin təsirinə qarşı müxtəlif dərəcəli həssaslıq göstərir və cavab reaksiyası formalaşır. Ümumiyyətlə, hər hansı xəstəliktörədicilər, eləcə də şüalanmanın təsiri zamanı insan orqanizmində özünümüdafiə funksiyası, yəni immun sistem dövrəyə girərək qoruyucu funksiyasını işə salır. Beləliklə, bioloji effektləri düzgün qiymətləndirmək üçün mütləq bioloji sistemlər və ətraf mühitin qarşılıqlı əlaqələri öyrənilməli, davamlılıq səviyyəsi aşkar olunmalıdır ki, bu da insan sağlamlığının qorunması məqsədilə kompleks tədqiqatların aparılması zəruriliyini və müvafiq tədbirlər planı işlənməsi tələbini aktuallaşdırır", - deyə A.Məmmədov qeyd edib.

BMT: yerli xalqların bir çoxunda virusa qarşı immunitet zəifdir like
  • 10 Avq 02:30  
Dünya BMT: yerli xalqların bir çoxunda virusa qarşı immunitet zəifdir

COVID-19 səbəbindən yerli xalqların bəzi icmaları yer üzündən sadəcə

arrow Ətraflı
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb like
  • 10 Avq 00:45  
Digərləri İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb

Türkiyənin İzmir vilayətində yerləşən qədim Smyrna şəhərində aparı

arrow Ətraflı
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr like
  • 10 Avq 00:11  
Digərləri Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərl

arrow Ətraflı
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara girişçıxışa necə icazə veriləcək? like
  • 10 Avq 00:04  
Digərləri Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara girişçıxışa necə icazə veriləcək?

Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşal

arrow Ətraflı
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi like
  • 10 Avq 00:03  
Digərləri İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi

Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 5

arrow Ətraflı
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı like
  • 10 Avq 00:02  
Digərləri Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müş

arrow Ətraflı
Günün qoroskopu: Problemlər, yanlışlıqlar üzə çıxacaq like
  • 10 Avq 00:01  
Digərləri Günün qoroskopu: Problemlər, yanlışlıqlar üzə çıxacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Müsəlman türk dünyasının ən məşhur dilçi alimi like
  • 09 Avq 23:55  
Digərləri Müsəlman türk dünyasının ən məşhur dilçi alimi

Kaşğari bundan bir neçə il əvvəl də Bağdada səfər etmişdi. Hamı bili

arrow Ətraflı
Ağsuda zəlzələ olub like
  • 09 Avq 23:53  
Digərləri Ağsuda zəlzələ olub

Ağsu ərazisində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Allah Təala zarafat edəni sevir like
  • 09 Avq 23:45  
Digərləri Allah Təala zarafat edəni sevir

İmam Əli (ə) buyurur: "Peyğəmbərin (s) sünnəti belə idi ki, nə za

arrow Ətraflı
Quran Allah tərəfindən yaradılıb? like
  • 09 Avq 23:40  
Digərləri Quran Allah tərəfindən yaradılıb?

İslam fikir tarixində ən çox mübahisələrə səbəb olmuş bu problemin k

arrow Ətraflı
Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub like
  • 09 Avq 23:32  
Digərləri Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

arrow Ətraflı