İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi


Digərləri 10 Avq 2020 00:03:00 193 0

İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi

Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Nazirlər Kabineti yanında Operatriv Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Bu sahələr aşağıdakılardır:

- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

- Mühəndislik və layihələndirmə xidmətləri;

- Qablaşdırma məhsullarının istehsalı;

- Daş, metal və taxta məhsullarının istehsalı;

- Mebel istehsalı və təmiri;

- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;