Dünyada koronavirusa yoluxanların sayı 273 mindən çox artıb


Dünya 09 Avq 2020 23:31:00 141 0

Dünyada koronavirusa yoluxanların sayı 273 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 273 mindən çox artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 9-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 273 552 nəfər yeni koronavirusa yoluxub, 6 207 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 19 462 112, ölənlərin isə 722 285 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 447 261 yoluxma və 385 076 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 562 774, ölənlərin sayı isə 216 426 nəfərə çatıb.