Behişt əhli olan müsəlman, digərlərinə şəfaət edə bilərmi?


Digərləri 09 Avq 2020 23:20:00 158 0

Behişt əhli olan müsəlman, digərlərinə şəfaət edə bilərmi?

Qurani-Kərimin ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü şəfaətçilər müxtəlif olacaqdır. Bu şəfaətçilər o insanlara şəfaət verəcəklər ki, onlarda şəfaət üçün zəminələr olsun.

Bəs bu şəfaətçilər kimlərdir?

1. İlk şəfaətçi Həzrət Peyğəmbər (s) olacaqdır.

2. Ümumilikdə Qiyamət günü bütün peyğəmbərlər (ə) şəfaətçi olacaqlar.

3. Mələklər şəfaətçi olacaqlar.

4. Məsum İmamlar (ə) şəfaətçi olacaqlar.

5. Əhli-Beyt (ə) davamçıları şəfaətçi olacaqlar. (Əlbəttə ki, həqiqi Əhli-Beyt (ə) davamçıları).

6. Alimlər şəfaətçi olacaqlar.

7. Allah yolunda şəhid olanlar şəfaətçi olacaqlar.

8. Qurani-Kərim şəfaətçi olacaqdır.

9. O kəslər ki, ömürlərini İslam dininə sərf ediblər - şəfaətçi olacaqlar.