Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər


Digərləri 09 Avq 2020 22:53:00 146 0

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər

I və IV ixtisas qrupu üzrə sənəd verən və xarici dil və ya bölməsini dəyişənlər üçün avqustun14-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Son.az-a bildirilib ki, avqustun 14-də I və IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində:

- ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və "İmtahana buraxılış vərəqəsi" ilə yanaşı "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edib özləri ilə gətirməlidirlər.

"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə" DİM-in saytında "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.