İnsan niyə təkəbbürlü olur?


Digərləri 09 Avq 2020 22:10:00 185 0

İnsan niyə təkəbbürlü olur?

Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, insanın təkəbbürlü olmasının əsil səbəblərindən biri - zəif şəxsiyyətə malik olmasıdır. İmam Sadiq (ə) buyurur: "Heç kəs təkəbbür etməz, məgər o halda ki, öz daxilində şəxsiyyət çatışmamazlığı və zillət hiss edər".

Bəs zəif şəxsiyyətin yaranmasına hansı amillər səbəb olur?

1. Agahlığın olmaması. İnsanın təkəbbür etməsinin səbəblərindən biri budur ki, belə insan özünü yaxşı tanımaz və özündən agah olmamaq nəticəsində özünü başqalarından üstün hesab edər. İmam Əli (ə) buyurur: "Təəccüb edirəm təkəbbürlü insanlara. Dünən nütfə idi və sabah da murdar olacaqdır. Ancaq eyni zamanda təkəbbür edir və lovğalanır".

2. Tərbiyə olmamaq. Təkəbbürün səbəblərindən biri insanın düzgün tərbiyə almamasıdır. O insanlar ki, düzgün tərbiyə sistemi olmayan ailədə böyüyürlər, adətən bu insanların şəxsiyyətləri sağlam olmur. Ona görə də təkəbbür kimi rəzil sifətə yoluxurlar.

3. Həyat mühitinin təmiz olmaması. Əgər insan o ailədə böyüsə ki, oranın üzvləri təkəbbürlüdürlər və şəxsiyyətləri zəifdir - insan bu mühitdən təsirlənər və özü də təkəbbürlü olar.

4. Özünü unutma. Nə zaman insan öz təkamül yolunu yaddan çıxardarsa, haradan gəldiyini və nə üçün gəldiyini və hara gedəcəyini bilməzsə - o zaman təkəbbür kimi xəstəliyə düçar olacaqdır. (Həvzəh)

Allah Təala bizləri bu pis xislətlərdən Özü xilas etsin!