RuhulQudus necə bir mələkdir?


Digərləri 09 Avq 2020 21:15:00 188 0

RuhulQudus necə bir mələkdir?

Ruhul-Qudusun kim olması ilə bağlı fikirlər müxtəlifdir. Belə ki, mərhum Təbərsinin nəzirinə görə, Ruhul-Qudus - Həzrət Cəbrayildir (ə).

İbni Zeydin nəzərinə görə isə, Ruhul-Qudus - İncildir, necə ki, Quranı da ruh adlandırırlar. İbni Abbasın nəzərinə görə isə ruh o addır ki, Həzrət İsa (ə) onun vasitəsilə ölüləri dirildərdi.

Fəxri Razi buyurur: "Cəbrayili ruh adlandırmaqlarının səbəbləri bunlardır:

1. Ruhul-Qudus müqəddəs ruh olduğu üçün, Cəbrayilin Allah yanında məqamı ucadır və o, ən ali müqəddəs mələk hesab olunur.

2. Din onun vasitəsilə dirçələr, necə ki, bədən ruh vasitəsilə dirilər. Cəbrayil peyğəmbərlərə vəhy çatdıraraq, dini dirçəltmişdir.

3. Bu mələkdə ruhaniyyət qələbə çalır".

İncili ona görə belə adlandırırlar ki, din onun vasitəsilə dirçəlmişdir.

Cəbrayil nurani havadan xəlq olduğu üçün, İsanın (ə) istifadə etdiyi ruh sözü daha çox ona istinad verilir.

Əllamə Məclisi buyurur: "Ruhul-Qudus - Cəbrayilin başqa bir adıdır. Ruh isə başqa bir mələyin adıdır ki, Qiyamət günü Allah ona buyuracaqdır:

"Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq". ("Nəbə" 38).