Uşağa Əliqulu, Hüseynqulu kimi adlar qoymaq şirk deyilmi?


Digərləri 09 Avq 2020 20:55:00 217 0

Uşağa Əliqulu, Hüseynqulu kimi adlar qoymaq şirk deyilmi?

Uşağa Əliqulu, Həsənqulu, Hüseynqulu kimi adları, eləcə də, bunların ərəb qarşılığını ifadə edən adları qoymaq icazəlidr və şirk sayılmır. Çünki bu hərəkət müqəddəslərə qarşı dərin ehtiramı ifadə edir, Allaha küfr etməyi ifadə etmir. Ümumiyyətlə, özünü bir kəsin qulu və köləsi adlandırmaq özünü Allahın bəndəliyindən çıxarmaq mənasını vermir. Allaha bəndəlik Ona sitayiş və ibadət etmək mənasını özündə ehtiva edir. Bu cür bəndəlik Allahdan başqa heç kimə ünvanlana bilməz. Lakin sitayiş və ibadət ifadə etməyən bəndəlik şirk sayılmır. Keçmişdə çox insan hüquqi baxımdan başqasının köləsi olub, amma Allaha iman bəsləyib. Yəni başqasının köləsi olmaq və ya özünü başqasının köləsi saymaq Allaha iman bəsləməyə mane ola bilməz. Təəssüf ki, radikal düşüncəli şəxslər bu məsələləri qarışdırır və məsumlara hörmət mənasında özünü onların köləsi adlandıran adamları müşrik və kafir kimi təqdim edirlər. Bu cür yanaşma kökündən yanlışdır.