Vaşinqtonda atışmada 1 nəfər ölüb, 21 yaralıdan 7nin durumu ağırdır


Dünya 09 Avq 2020 20:08:00 218 0

Vaşinqtonda atışmada 1 nəfər ölüb, 21 yaralıdan 7nin durumu ağırdır

Ötən gecə Vaşinqtonun cənub-şərqində atışma zamanı 21 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Washington Post" şəhər polisinə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 00.30 radələrində baş verib. Bir neçə silahlı şəxs kütləyə atəş açıb. Polis hələlik ehtimal olunan şübhəlilər barədə məlumat yaymayıb, gün ərzində əlavə məlumat veriləcək. Yaralılardan 7 nəfərin durumu ağırdır.