Ölümün qarşısını almaq olarmı?


Digərləri 09 Avq 2020 19:40:00 175 0

Ölümün qarşısını almaq olarmı?

Müqəddəs Quran və hədislərdən belə bir birmənalı nəticəyə gəlmək olur ki, ölüm yox olmaq demək deyildir. Əslində yeni həyatın başlanğıcıdır.

Əcəl dedikdə, insan üçün müəyyən edilmiş vaxt nəzərdə tutulur.

Bəli, insan üçün yaşayacağı vaxt müddəti təyin edilmişdir. Ona görə də ölümə bəzən əcəl də deyirlər.

Əcəli iki yerə bölürlər: qəti olan əcəl və qəti olmayan əcəl.

Allahın qəti əcəlinin qarşısını heç bir əməl ala bilməz. Bu əcəl artıq qətidir və həyata keçəcəkdir. Ancaq qəti olmayan əcəlin qarşısını bəzi əməllər ala bilər ki, onlarla tanış olaq:

1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: "İnsanlar daha çox (təbii) əcəllərinin çatması ilə ölmək yerinə, günahlarının təsirindən ölürlər".