Parisdə maska taxmaq məcburi olacaq


Dünya 09 Avq 2020 18:44:00 154 0

Parisdə maska taxmaq məcburi olacaq

Parisin daha çox canlanma müşahidə olunduğu bölgələrində tibbi maskadan istifadə gələn həftədən etibarən Fransada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar məcburi olacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhərin polis prefekturasından bildirilib.

Eyni tədbirlər paytaxt regionunun dörd departamentində də - İl-de-Frans - Sen-Sen-Deni, O-de-Sen, Val-de-Marn və Val-d'Uazda həyata keçiriləcək. "Hər şey virusun regionda yenidən fəal şəkildə dolaşdığını göstərir", - deyə yerli hakimiyyət vurğulayır.