Britaniyanın miqrantlara qarşı yeni mübarizə üsulu...


Dünya 09 Avq 2020 17:45:00 159 0

Britaniyanın miqrantlara qarşı yeni mübarizə üsulu...

Böyük Britaniya hökuməti ölkə sularına girməzdən əvvəl La-Manş boğazından keçmək istəyən qanunsuz miqrantların gəmilərini bloklamaq imkanlarını nəzərdən keçirir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu vəziyyətdə Böyük Britaniya onları uzaqlaşdırmağa başlaya bilər.

Bənzər taktikadan İndoneziyadan gələn miqrantlarla mübarizə aparan Avstraliya çoxdan istifadə edib. Ölkənin hərbi dəniz qüvvələri miqrantların gəmilərini əks istiqamətə "çevirir".

Bu siyasət özünü yaxşı tərəfdən göstərib, 2015-ci ildən Avstraliyaya heç bir miqrant getməyib.

Böyük Britaniya Fransanın ərazi sularını tərk edən miqrant gəmiləri üçün də eyni şəkildə hərəkət etməyi planlaşdırır.

Ancaq bəzi nazirlər bu cür nəzarət tədbirlərinə qarşı çıxırlar, çünki miqrantlar göyərtədən tullanmağa başlaya bilər və sonra onları tutmaq məcburiyyətində qalacaqlar.